Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ömrümün bir günü

0

  •             Adi  yaz
    günü, sakit bir yaz səhəri  idi. Təbiət
    sükut içində yaz günəşinin doğuşunu seyr edirdi. Hər səhər günəşdən qabaq
    oyanıb cəh-cəh vuran quşlar bu gün susub lal-dinməz olmuşdular. Dağda-daşda, kənddə-kəsəkdə,
    yolda-cığırda, hətda çaylarda belə bir sükut var idi. Adam bir anlıq elə
    sanırdı  ki, bütün kainat bir tükə bəndir.
    Və hansısa qəfil bir səsdən qırılıb qopacaq. Təbiət lal-dinməz, intizar içində
    bu sonluğu gözləyirdi.

               Qəfil
    təbiətə yad, insanlığa  zidd olan səslər
    bu sükutu pozdu.  Sanki bu son gəlib
    çatıb, tufan qopmuşdu...

               Kənd camaatı kəndi bir gün qabaqcadan tərk
    edib, yaylaqlara köçmüşdür. Təkcə biz üç ailə qalmışdıq. Babamgil, əmimgil və
    biz. Axşamnan bu üç ailənində yükü qabğarılmışdı. Sabah açılacaq bu üç ailədə
    deyə-gülə yaylağa köç edəcəkdi.

             Ancaq
    bu sabah onların üzünə başqa cür açıldı. Bu sabah özüylə  qəm-kədər, ah-nalə, qan-qada gətirmişdi. Gecəikən
    kəndi mühasirəyə alan ermənilər səhər açılan kimi hər tərəfdən bizi atəşə
    tutmağa başladılar. İlk güllənin qurbanı isə 
    Babam oldu.

             Həmişə
    “bir gülləni ki,  dığa ata, o güllədə nə
    təpər olar?”deyən babam qılçasından yaralanır. Yarasının ağır olmasına
    baxmayaraq o, özünü qorumaq məqsədi ilə   çayın içindəki daşın arxasına keçir. Təəsüfki,
    hər tərəfdən mühasirədə olduğunu bilmir.

             Bizim
    evimiz babamgildən 60-70 metr aralı və birazda yuxarıda idi. Döyüş başlayan
    zaman qapıda iş-güclə məşğul olan anam hövlankah özünü içəri atdı. Dərhal
    qapını arxadan bağladı. Çünki, o elə zənn etmişdiki ermənilər arxasınca evə
    girir. Bu qədər yaxın məsafəyə gələn ermənilər öldürmək yox, əsir götürmək niyyətində
    idilər. Döyüş başladı. Dörd bir tərəfdən şaqqıldayan avtomat və pulemyotların səsi
    dağı - daşı lərzəyə gətirirdi. Yadımdadır döyüş başlayandan yarım saat keçənə qədər  rəngli-yandırıcı gülələr atırdılar. Səhər
    tezdən həyətdə inəklər sağan nənəm döyüş başalayna da çatdırıb evə girə bilməmişdi.
    Tövlədə gizlənmişdi.

              Babamın
    isə harada olduğun heç kim bilmirdi. Biz babamın əmimgildə, əmimgil isə bizdə
    olduğunu düşünürdü. Həmin saatlarda isə Babam yaralı halda gözləyirmiş. Artıq
    saat 10 idi. Atamın iki gülləsi qalmışdı. Adətən patron yeşikləri babamgildə
    olardı. Öncəki  gün atam posta gedəndə
    özü ilə az miqdarada patron götürmüşdü və indiyə kimi o gülləri atırdı.
    Çıxılmaz vəziyyətdə qalan əmim yorğan-döşəyin üzünü cırır, patronlar 3-3, 4-4
    bağlayıb atama atırdı. Bəzən isə bu bağlamalar aralı düşəndə bizim talehimiz
    növbəti bağlama atılana qədər tükdən asılı qalırdı. Getdikcə döyüş dahada
    qızışırdı. Atamın və əmimin döyüş bacarıığ və sərast atıcılığı nəticəsində ermənilər
    yaxınlaşa bilmir, bəzəndə itki veriridilər.

             Saat 11 idi. Ermənilər evləri yandırmağa başlamışdılar. Bizdən bir qədər arlıda olan
    Kamran babanın evi yananda isə elə güclü partlayış oldu ki, yer silkələndi. Kəndin
    ən təzə və yaraşıqlı evlərindən olan bu evin yiyəsi heç bircə gecə içində
    yatmamışdı. Evə od vurulan zaman zirzəmidə 200 litirlik kerasin çəni partladı.
    Bu partlayış vülkan kimi püskürərək evi alt-üstünə çevirdi. Döyüşün qızğın çağı
    idi. Hər şeyin sona doğru getdiyini hiss edirdik. Mən o zaman ki, uşaq təfəkkürümdən
    doğan bir fikirlə qayçını hazırlayaraq anama dedim: “Gördüm ermənilər qapıya
    töküldü sənin saçlarını kəsəcəm”. Bir az əvvəl baş vermiş Xocalı faciəsində
    qadınların saçlarından asıldığını, maşınlara qoşulduğunu eşitmişdim. Bilmirdim
    haradan idi məndə o hisslər- qorxmurdum.

             Kənardan
    atılacaq mərmidən evimiz hər çökə və ya partlaya bilərdi. Ona görədə atam sürünərək
    bizi kənardan o qədərdə sezilməyən yeraltı tövləyə apardı.  Özü isə 
    çöldə döyüşü davam etdirirdi. Atamın səngəri çox idi. O bir neçə yerdən
    atəş açaraq düşmənləri yaxına buraxmır, onlardarda çaşqınlıq yaradırdı.

               Günorta saat 12-1 iradələri idi. Atəş səslərindən hiss edirdik qonşu kəntdən
    bizə köməyə gəliblər. Ermənilərin mövqeyi yüksəklikdə idi. Gələn köməyi yaxına
    buraxmır, mühasirəni yarmağa qoymurdular.   Bəzən ermənilər döyüşü 20 dəqiqə kəsir, bizi
    aldatmağa çalışırdılar. Bu zaman hər kəs 
    olduğu yerdən çıxmağa təkid etsədə atam qoymurdu. Az keçmirdi ki, yenidən
    atəşə başlayırdılar. Döyüşün həddindən artıq ağırlığı özünü hər cəhətdən büruzə
    veriridi. Atamın silahı çox atıldığında tez-tez qızırdı. İstidən qızaran lülə  atamın əllərini yandırıb suluxlatmışdı.
    Havadakı barıtın iyindən zəhərlənmişdik. Saat 3-4 arası idi. Atam gəlib
    “yaxınlıqda erməni var, qumbaranı ver atım ölsün” deyərək anamdan evdə olan
    yeganə əl qumbarasını istədi. Anamsa cavabında belə dedi: “Yox, onu sona
    saxlayaq. Gördük ki, ermənilər qapıya töküldü yığışarıq başına , çəkərsən
    partlayar. Əsir düşmərik.”

              Çünki, o son yaxınlaşırdı. Ermənilər mühasirəni
    daraldır, bizimsə gülləmiz bitirdi.

              Əsir düşmək isə bizim üçün seçim deyildi.

              Hər
    şey açıq-aydın gözümümzn önündə  baş
    verirdi. Kəndin qarşı tayinda pöhrəlikdən qalaxan avtomatın tüstüsü aydın görsənirdi.
    Bu hamıdan tez mənim diqqətimi çəkdi və atama göstərdim. Atatmın bir neçə sərrast
    atışı ilə düşmən bir dəfəlik susdu. Sonralar onun cəsədi həmin yerdə
    tapilmışdı.

            Hər saatımız bir günə bərabarə ağır və məşəqqətli
    keçirdi.  Çox məqamlar var ki, indi
    onların bəzilərini unutmuşam,  bəzilərini
    isə xatırlamaq sarsıdıcıdır.  Bu saatlara
    qədər isə Babamdan bir xəbər yox idi. Artıq şəhid olması və ya əsir götürülməsi
    haqqında təxminlərimizi dilə gətirmişdik. Babamın əmisi oğlanları, qonşu kəntdən
    köməyə gələnlər kəndimizin qarşısındakı meşədən mühasirəni yarıb kəndə girməyə
    çalışırdılar. Hərdən atamın, babamın, əmimin adını çağıraraq sağ olub
    –olmadıqlarını yoxlayırdılar.  Hər kəs
    cavab verirdi, təkcə Babamnan başqa! Babamın əmisi oğlu Novruz kişi durmadan
    babamı çağırırdı.

              Babam
    6-7 saat yaralı olub. Onu çağıranların səsini eşidib. Ancaq cavab verib
    balalarını təhlükəyə atmayıb. Burdayam deməyib. Şəhid olacağını bilə-bilə
    susub. 

             Həmin saatlarda mühasirəni yarmağa çalışan
    Babamın əmisioğlu Salman kişi ağır yaralanır. Qonşu kəntdə əli silah tutan bizə
    köməyə gəlir. Bu insanların içində hətdə qadınlarda olur. Onlardan oğlanları ilə
    birgə köməyə gələn Adilə xalanın adını çəkməyi özümə borc bilirəm. Adilə xala səngərləri
    gəzərək döyüşən insanlara su, çörək paylayırmış. Avtomatın darağını doldurub
    gülləsi bitənlərə döyüşçülərə veriri, dayanmayın deyirmiş. Döyüşün qızğın
    vaxtında Adilə xala kiçik oğlunun öz kəntlərinə doğru qaçdığını görür. Elə
    sanırki oğlu döyüşdən qaçır. O “Südüm sənə haram olsun. Qız-gəlin orad mühasirədədir,
    sənsə qaçırsan?” deyir. Oğlu isə ağlayaraq “Yox ana  qaçmıram. Sürsatımız tükənib. Bizim evin zirzəmisində
    ehtiyyat güllələr var. O güllələri və çörək gətirməyə gedirəm” deyə cavab
    verib.   

             Artıq
    axaşam düşmüşdü. Qonşu kəntdən gələn camaatın və ordunun köməkliyi ilə mühasirə
    yarıldı. Döyüş getdikcə bizimkilərin üstünlüyü ilə şidətlənirdi.Belə olan halda
    ermənilər geri çəkilməyə başladılar. Bizimkilər hücuma keçəndə isə ermənilərin
    üstünü qatı duman bürüdü. Atılan parol fişəngi ilə ermənilər geri çəkildi.
    Dumanlar seyrələndə artıq ermənilər getmişdilər.

            Döyüşün əvvəlində qılçasından yaralan Babam çayda kürəyini daşa söykəyir.
    Pencəyini çıxarır, köynəyini soyunaraq yarasını sarıyır. Qan axmanı saxlamq
    üçün yaralı ayağını suyun içinə uzadır. 
    Sonra sinəsindən aldığı güllə yarasından öləcəyini bilən babam əlini,
    ayağını düzəldir. Və... və  son dəfə
    baxışları nigaran getdiyi övladlarına yönəlir...

             Beləliklə
    sükunətlə başlayan bu yaz günü ah-vayla, qan-qada ilə bitdi.

            Bununlada biz kəntdən çıxdıq. Başqa əlacımızda
    yox idi. Çünki, kənd tamamilə yandırılmışdı. Şəhidimizi dəfn etmək və hüzr mərasimi
    kerçirmək  ehtiyacı ilə qonşu kəndə yerləşməli
    olduq.

            Biz
    Babamın cənazəsin götürüb kəntdən çıxanda qarşı taydakı yüksəklidən durub
    axırıncı dəfə kəndimizə baxdım. Sanki, dağlar-daşlar, çaylar, ağaclar, bütöv kənd
    yalvararaq “Getməyin, məni kimsəsiz qoyub getməyin. Vallah birdə görüşə bilməyəcəyik”
    deyirdi...Hara baxdımsa susub, gözləri ilə bu ayrılığın uzun çəkəcəyini deyən
    ifadələr gördüm. 

           Bizim kəndin işğalı Kəlbəcərin İşğalının təməlini
    qoydu. Çünki, bizim kənd coğrafi nöqteyi nəzərdən Kəlbəcərin qala qapısı idi.

          Bir nəfərin
    şəhid olması, bir neçə nəfərin yaralanması, bütöv bir kəndin yandırılması, altı
    yüzdən çox heyvanın qarət olunması ilə sona çatan bu döyüş mənim talehimdə
    qaçqınlıq deyilən məşəqətli bir səhifə açdı.!

     

                                
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib71 dəfə
    Ömrümün bir günü

    Maraqlı gələ bilər
    67
    54
    59